Bank Of Baku

Professor Aygün Attar: “Erməni və rus müəlliflərə istinadən erməni saxtakarlıqlarını üzə çıxarıram”

Professor Aygün Attar: “Erməni və rus müəlliflərə istinadən erməni saxtakarlıqlarını üzə çıxarıram”
# 11 mart 2011 13:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. “Dünyanın hər yerində təhrif edilmiş tarix böyük ikrahla qarşılanır”. Bunu APA-ya açıqlamasında hazırda Türkiyədə yaşayan həmyerlimiz, Giresun Universitetinin fən-ədəbiyyat fakültəsinin dekanı, professor Aygün Attar deyib. Elmi araşdırmalarının erməniçiliklə əlaqəli olduğunu söyləyən alim klassik erməni tarixinə diqqət ayırdığını, ildə 5-6 dəfə Qərb ölkələrində erməni məsələsi ilə bağlı elmi konfranslarda iştirak etdiyini bildirib: “Klassik, qədim erməni tarixinin yazılışının özü təzadlarla doludur. Son 10 ildir erməni məsələsi ilə bağlı konfranslarda erməni müəlliflərinin tarixi necə təhrif elədiklərini göstərməyə çalışıram. Dünyanın hər yerində təhrif edilmiş tarix böyük ikrahla qarşılanır. Mən erməni və rus müəlliflərə istinadən bu saxtakarlıqları üzə çıxarıram. Ermənistanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı torpaq iddialarının olduğu məlumdur. Ermənistanın məşhur tarixçisi Zaven Korkodyanın İrəvanla bağlı tarixi əsəri var. Həmin əsərdə 1401-ci ildən 1831-ci ilə qədər İrəvan şəhərinin tarixindən bəhs olunur. 1401-ci ildən 1831-ci ilə qədər İrəvan Səfəvi və Osmanlı dövlətlərinin ərazisi olub. 1831-ci ildən sonra isə Aleksandr Qriboyedovun İrandan yazdığı məktublar, raportlar saxlanılır. Həmin sənədlərin arasında Osmanlı coğrafiyasından ermənilərin İrəvana, Qarabağa köçürülməsi, onların yerləşdirilməsində yaranan problemlər, Rusiya nöqteyi-nəzərindən gələcəkdə hansı problemlərin yarana biləcəyinə dair çox gözəl raportlar var. Yəni bu gün Ermənistanın paytaxtı olan İrəvan türk yurdudur, türk torpağıdır. Bunu sadəcə Korkodyan deyil, onlarla digər müəllif də deyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR