Bank Of Baku

Magistraturalara qəbul proqramları açıqlanıb

Magistraturalara qəbul proqramları açıqlanıb
# 11 mart 2011 13:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının xüsusi buraxılışının 3-cü sayını nəşr edib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Hər bir bakalavr vəsaiti əldə etdikdən sonra "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır.

Bakalavrlar bu siyahı əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura istiqamətləri və ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq, ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Magistraturaya ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında təqdim olunacaq.

Xatırladaq ki, 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları “Magistr” xüsusi buraxılışının 2011-ci il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR