Bank Of Baku

Goranboyda e.ə IV-III əsrlərə aid küp qəbirlər aşkar edilib

Goranboyda e.ə IV-III əsrlərə aid küp qəbirlər aşkar edilib
# 11 mart 2011 14:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elm Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsinin əməkdaşları Goranboy rayonunun Nərimanlı kəndində küp qəbirlər və avadanlıqlar aşkar ediblər. Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri Arif Məmmədovun APA-ya verdiyi məlumata görə, həyətyanı sahədə təsərrüfat quyusu qazılarkən aşkarlanan qəbirlərdən biri uşaq qəbridir. Qəbrin içərisindən kiçik ölçülü antik dövrə aid şamdan, qənddan tipli qablar, duzqabı, digər məişət əşyaları və bir ədəd gözmuncuğu hesab edilən qara rəngli muncuq tapılıb.

Şöbə əməkdaşları arxeoloji kəşfiyyat işlərini davam etdirərək həmin qəbiristanlığa aid yaşayış yerini qeydə alıblar. Yerli əhali arasında İsgəndər təpəsi adlanan bu abidə antik və ilk orta əsrlər dövrünə aiddir. Onun bir hissəsi 1963-cü ildə təsərrüfat işləri ilə əlaqədar dağıdılsa da, qalan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Küp qəbirlər e.ə IV-III əsrlərə aid edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR