Bank Of Baku

ABŞ prezidentinin elm məsələləri üzrə elçisi Bakı Dövlət Universitetində görüş keçirib - FOTO

ABŞ prezidentinin elm məsələləri üzrə elçisi Bakı Dövlət Universitetində görüş keçirib - <font color=red>FOTO</font>
# 11 mart 2011 14:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. ABŞ prezidenti Barak Obamanın martın 8-dən Azərbaycanda səfərdə olan elm məsələlər üzrə elçisi, Lihay Universitetinin rektoru Alis Qast Bakı Dövlət Universitetini ziyarət edərək universitetin rektoru Abel Məhərrəmovla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra Alis Qast universitetin kitabxanasında USAİD və İREX tərəfindən maliyyələşdirilən pulsuz WI FI zonasının açılış mərasimində iştirak edib. Qonaq daha sonra BDU-nun tələbələri ilə görüşüb.

Görüşdə Alis Qast bildirib ki, rəhbərlik etdiyi Lihay Universitetində 7 mindən çox tələbə təhsil alır. O qeyd edib ki, həm ABŞ, həm də Azərbaycan elmin inkişafına doğru gedir: “Qarşıdakı problemləri həll etmək üçün gənc alimlər və mühəndislər tələb olunur. Bu problemlər əsasən enerji, yanacaq və ərzaqla bağlıdır. Bir çox yeni texnologiyalar bizim inkişafımızı daha da gücləndirər. Biz rəqabətdə davamlı olmalıyıq, rəqabət isə hazırda çox yüksəkdir. Ona görə də vacibdir ki, BDU da, Lihay Universiteti də tədris planını genişləndirsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR