Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov halları aşkarlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov halları aşkarlayıb
# 12 mart 2011 08:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkə ərazisində “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə keçirdiyi növbəti reydlərin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qızılağac Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon Qızılağac kənd sakini Musabala Əliyev saxlanılıb və ondan 1 taxta qayıq, 1 taxta qayıq avarı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator və 13 külmə balığı aşkar edilərək götürülüb. Həmin şəxsin əməlində cinayət tərkibi olduğu üçün sənədlər Su Nəqliyyatında Lənkəran Rayon Xətt Polis Şöbəsinə göndərilib.

Mahmudçala Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Biləsuvar rayonu Bəydili kənd sakini Nicat Əzizov və Xırmandalı kənd sakini Şahin Kazımov saxlanılaraq hər birindən 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslərin hər biri 1000 manat cərimələnib.

Zaqatala rayonu Donbabinə kəndinin “Qırğıllıbinə” adlanan sahəsində də qanunsuz ovla məşğul olan Zaqatala rayon Masxarabinə kənd sakini Kazım İmamhüseynov saxlanılıb və 1000 manat cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR