Bank Of Baku

Sentyabrdan Bakıda növbəli işləyən məktəblərinin iş rejiminin müəyyənləşdirilməsində valideynlər də iştirak edə bilər

Sentyabrdan Bakıda növbəli işləyən məktəblərinin iş rejiminin müəyyənləşdirilməsində valideynlər də iştirak edə bilər
# 12 mart 2011 10:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Yeni tədris ilindən artıq paytaxtda iki və üç növbəli işləyən orta məktəblərin iş rejiminin müəyyənləşdirilməsində Müəllim-Valideyn Assosiasiyası da iştirak edə bilər. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəis müavini Məhəmməd Bayramov deyib. Onun sözlərinə görə, BŞTİ iki və üç növbəli işləyən məktəblərin iş rejimini müəyyənləşdirmək səlahiyyətinin həmin təhsil müəssisələrində fəaliyyət göstərən Müəllim-Valideyn Assosiasiyasının ixtiyarına verilməsini təklif edir. Bununla əlaqədar artıq sentyabr ayından VMA-lar məktəblərin növbəlik rejiminin müəyyənləşdirilməsi ilə bağlı öz rəylərini açıqlaya bilərlər.

M. Bayramov onu da qeyd edib ki, bütün orta məktəblərdə bu qərarların verilməsində valideynlər iştirak edə bilməyəcək. Çünki hazırda yalnız paytaxt məktəblərinin 50 faizində VMA-lar var. Hazırda VMA-ların yaradılması istiqamətində də işlərin davam etdiyini deyən idarə səlahiyyətlisinin sözlərinə görə, assosiasiyalar məktəblərin idarəçiliyində iştirak etdiyi üçün onların məktəblərin növbəliliyi ilə bağlı qərarların verilməsində iştirakı da mümkündür.

M. Bayramov deyib ki, növbəli məktəblərin 5 günlük iş rejimində işləməsi səmərə vermir. Çünki gün ərzində 8 saat dərs şagirdləri yorur. İdarənin rəis müavinin bildirdiyinə görə, əgər valideynlər bu səbəbdən uşaqlarının həftə ərzində 6 gün oxumasını istəsələr, onlara mənfi cavab verilməyəcək.

M. Bayramov əlavə edib ki, internat və sağlamlıq imkanları məhdud uşaqlar üçün olan müəssisələr istisna olmaqla, hazırda bu idarənin tabeliyində 310 məktəb fəaliyyət göstərir. Həmin məktəblərin 139-u beş günlük iş həftəsi ilə işləyir. Beş günlük iş həftəsi ilə işləyən məktəblərin 80-i birnövbəli, 58-i ikinövbəli, 1-i üç növbəli işləyir.
Altı günlük iş həftəsi ilə isə 138 məktəb işləyir. Bu məktəblərin 29-u birnövbəli, 138-i ikinövbəli, 3-ü üçnövbəli işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR