Bank Of Baku

Novruz Bayramı ilə əlaqədar Bakı-Böyük Kəsik-Bakı istiqamətində xəttə əlavə qatar buraxılacaq

Novruz Bayramı ilə əlaqədar Bakı-Böyük Kəsik-Bakı istiqamətində xəttə əlavə qatar buraxılacaq
# 12 mart 2011 11:02 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəmiyyətin sədri Arif Əsgərovun müvafiq əmri ilə sərnişin sıxlığını azaltmaq üçün Bakı-Böyük Kəsik-Bakı istiqamətində 668/667 saylı əlavə sərnişin qatarı xəttə buraxılacaq. Qatar martın 18-19-da Bakıdan, martın 19-20-də isə Böyük Kəsikdən yola düşəcək.

Bundan başqa, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin Daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edir.

Sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışına həmin vaqon qatara qoşulan gün başlanılır.

Mətbuat xidmətindən bildirilib ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib: “Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin Daşımaları Departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR