Bank Of Baku

Abid Şərifov və Orucəli Hacıyev Sabirabadda orta məktəb binasının açılışında iştirak ediblər

Abid Şərifov və Orucəli Hacıyev Sabirabadda orta məktəb binasının açılışında iştirak ediblər
# 12 mart 2011 14:01 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı - APA. Baş nazirin müavini Abid Şərifov və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Sabirabadın Ulacalı kəndində orta məktəb binasının açılışında iştirak ediblər. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ulacalı kəndində əsaslı təmirdən sonra 580 yerlik ikimərtəbəli məktəb binasının açılışı keçirilib. Məktəb binası yeni avadanlıq və mebellə təmin edilib. Məktəbdə kitabxana və digər lazımi otaqlar fəaliyyət göstərəcək.

Açılışdan sonra A. Şərifov və O. Hacıyev Ulacalı kəndinin sakinləri ilə görüşüblər və qəzalı evlərə baxışlar keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR