Bank Of Baku

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanının nəticələri açıqlanıb

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanının nəticələri açıqlanıb
# 12 mart 2011 16:43 (UTC +04:00)
Bakı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 12-də daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-dan APA-ya verilən məlumata görə, nəticələr həmin gün saat 14:50-dən etibarən TQDK-nın internet səhifəsinə yerləşdirilib. Hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim edilib.

Müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınıb. Onlardan hamısı imtahanda iştirak edib. Namizədlərdən 48 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 86 bal olub.

Müsabiqənin yekun mərhələsi - müsahibə Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR