Bank Of Baku

TQDK aprelin 3-də və 10-da növbəti sınaq imtahanları keçirəcək

TQDK aprelin 3-də və 10-da növbəti sınaq imtahanları keçirəcək
# 14 mart 2011 07:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də və 10-da növbəti sınaq imtahanları keçirəcək. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, bu imtahanlarda yeni – 2 nömrəli test kitabçalarından istifadə olunacaq. Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər martın 15-dən TQDK-nın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/sinaq) daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar. Həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstəriləcək.

Ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.

Abituriyentlər ödəmə kartlarını elektron formada da əldə edə bilərlər. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR