Bank Of Baku

Bakı sakini həmyerlisini öldürüb

Bakı sakini həmyerlisini öldürüb
# 14 mart 2011 08:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 9-u saat 00:35 radələrində Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Şeydulla Nəcəfov alkoqol zəhərlənməsi və kəllə-beyin travması ilə 2 saylı Əfəndiyev adına Bakı şəhər xəstəxanasına daxil olub. Araşdırma zamanı müəyyən olunub ki, martın 8-də Şüvəlan qəsəbəsində yerləşən parkın yaxınlığında qəsəbə sakini Ehtiram Şərifov mübahisə zəminində Şeydulla Nəcəfovu sifət nahiyəsindən vurub, sonuncu yerə yıxılaraq xəsarət alıb. Nəticədə Ş. Nəcəfov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən E. Şərifov martın 13-də tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR