Bank Of Baku

Azərbaycan hidrometeoroloqları Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edib

Azərbaycan hidrometeoroloqları Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edib
# 14 mart 2011 08:51 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti olacaq.

Martın 16-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi saniyədə 8-13 metr olacaq, arabir 16-20 metrədək güclənəcək. Gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında martın 15-də hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Martın 16-da hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR