Bank Of Baku

Gələn aydan ünvanlı sosial yardım alan vətəndaşlar plastik kartlarını banklardan təhvil alacaqlar

Gələn aydan ünvanlı sosial yardım alan vətəndaşlar plastik kartlarını banklardan təhvil alacaqlar
# 14 mart 2011 09:55 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva - APA-Economics. Aprelin 1-dən başlayaraq Azərbaycan ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ünvanlı sosial yardım almaq üçün təyinat almış insanlar plastik kartlarını banklardan təhvil alacaqlar. Bunu “APA-Economics”ə açıqlamasında ƏƏSMN-in yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov deyib.

Şöbə müdiri bildirib ki, kartlar Beynəlxalq Bank və “KapitalBank”ın ödəniş mərkəzləri vasitəsilə əhaliyə paylanacaq.

N.Qasımovun sözlərinə görə, indiyədək yardım təyin edilmiş şəxslərin siyahısı ƏƏSMN tərəfindən banklara göndərilir, banklar həmin siyahılar əsasında plastik kartları nazirliyin yerli şöbələrinə təqdim edir, daha sonra kartlar bu mərkəzlər vasitəsilə əhaliyə paylanırdı. Bundan sonra isə kartlar yerli mərkəzlərə təhvil verilmədən birbaşa banklar vasitəsilə əhaliyə paylanacaq.

N.Qasımov deyib ki, bu yeniliyin əsas məqsədi ünvanlı sosial yardımın verilməsi sahəsində şəffaflığı təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR