Bank Of Baku

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinin qarşısında heç bir icazəsiz aksiya keçirilə bilməz”

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinin qarşısında heç bir icazəsiz aksiya keçirilə bilməz”
# 14 mart 2011 12:35 (UTC +04:00)
Rektor bildirib ki, universitet öz fəaliyyətini adi qaydada davam etdirir: “Tələbələrin dərsə davamiyyətində heç bir dəyişiklik yoxdur. Əksinə, Bakı Dövlət Universitetinin tələbə-müəllim heyəti universitetin qarşısında aksiya keçiriləcəyi barədə yayılan məlumatlardan, təxribatdan narahat olublar. Bununla bağlı mənə müraciət olunub ki, biz də cavab olaraq aksiya keçirək. Lakin biz buna əhəmiyyət vermirik. Bu, əhəmiyyətsiz məsələdir”.

A. Məhərrəmov onu da deyib ki, indiyə kimi BDU-nun heç bir tələbəsi, heç bir əməkdaşı qanunsuz keçirilən aksiyalarda iştirak etməyib, bundan sonra da iştirak etməyəcək: “Biz prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirik. Aksiya keçirmək məsələsi təxribatdan başqa bir şey deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR