Bank Of Baku

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 998 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 998 müraciət daxil olub
# 14 mart 2011 13:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64) fevralın 23-dən bu günədək 998 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 460 müraciət şikayət xarakterli, 326-sı sorğu, 115-i əsassız müraciət olub, Zənglərin 97-si isə aidiyyəti üzrə olmayıb.

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR