Bank Of Baku

Masallıda bayram yarmarkası keçirilib - FOTO

Masallıda bayram yarmarkası keçirilib - <font color=red>FOTO</font>
# 14 mart 2011 13:49 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı rayonunda Novruz bayramı münasibətilə ilk dəfə olaraq kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarkaya yerli fermerlərlə yanaşı, Zaqatala, Qax, Quba, Xaçmaz, Qəbələ və digər rayonlardan gətirilmiş 20 tondan çox məhsul çıxarılıb. Satışa çıxarılan un, düyü, şirniyyat, meyvə, süd məhsulları, yumurta, balıq, cücə və s. bazar qiymətlərindən 20-30% aşağı satılıb.

Masallı rayon İcra Hakimiyyəti başçısının sosial-iqdisadi məsələlər üzrə müavini İsa Nuriyevin sözlərinə görə, bayram satış-yarmarkası sabah davam edəcək, həmçinin martın 19-20-də də analoji yarmkanın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün Masallıda yaşayan 1 700-dən artıq imtiyazlı təbəqənin nümayəndələrinə və aztəminatlı ailələrə də bayram sovqatları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR