Bank Of Baku

Bu il Azərbaycanın təhsil sistemində elektron imza və elektron sənəd dövriyyəsi mexanizmləri tətbiq olunacaq

Bu il Azərbaycanın təhsil sistemində elektron imza və elektron sənəd dövriyyəsi mexanizmləri tətbiq olunacaq
# 14 mart 2011 14:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi bu il ərzində təhsil sistemində elektron imza və elektron sənəd dövriyyəsi mexanizmlərinin işlənilməsi və tətbiq olunmasını nəzərdə tutur. Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən APA-ya verilən məlumata görə, bu il ərzində Elektron Dərsləri İdarəetmə proqramı (elektron dərslər, onların yaradılması, idarə edilməsi, virtual sinif yaratma imkanı) və Elektron Məktəb İdarəetmə Proqramı (mövcud məlumat əsasında şagird və müəllimlər haqqında məlumatın avtomatlaşdırılmış idxalı/ixracı və dərs cədvəlinin generasiyası) tətbiqi
genişləndiriləcək. Yeni Elektron Məktəblərdə elektron jurnalın istifadəsinə tam keçilmə təmin olunacaq.

Bununla yanaşı, müvafiq mikromaliyyə qurumlarını cəlb edərək “Bir şagird bir kompüter” layihəsinin əhatə dairəsi genişləndiriləcək, “Elektron Təhsil” Respublika Müsabiqəsi keçiriləcək, məsafədən təhsil inkişaf etdiriləcək.

İdarədən bildirilib ki, ilin sonuna kimi təhsil portalının yeni dizaynda (www.edu.az) istifadəyə verilməsi, www.video.edu.az portalı fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR