Bank Of Baku

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 2010-cu ilin son rübü ilə bağlı hesabatını açıqlayıb

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 2010-cu ilin son rübü ilə bağlı hesabatını açıqlayıb
# 14 mart 2011 14:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 2010-cu ilin son rübü ilə bağlı hesabatını açıqlayıb. APA-nın məlumatına görə, qurumun media üzrə mütəxəssisi Kənan Qasımov bildirib ki, layihə təşkilatın Bakı, Gəncə, Quba, Şəki və Lənkəran mərkəzləri tərəfindən həyata keçirilir: “Hesabat müddəti ərzində mərkəzlərə ümumilikdə 1055 ilkin zəng və şikayət daxil olub. Şikayətlərin ünvanlandığı sahələri nəzərdən keçirərkən ən çox narahatlıq doğuran sahələrin məhkəmə, pensiya və ünvanlı sosial yardım, icra orqanları, polis, əsasən regionlarda bələdiyyə və kommunal xidmət sahələri olduğu diqqət çəkir”.

Polislə bağlı şikayətlər daha çox Gəncə və Quba mərkəzlərinə daxil olub. Bakıda isə icra orqanlarından edilən şikayətlər çoxdur. Gəncədə bələdiyyələrdən verilən şikayətlərin sayı kifayət qədər yüksəkdir. Lənkəranda kommunal xidmət sahələrindən edilən şikayətlər digər sahələrlə müqayisədə olduqca çoxdur. Pensiya və ünvanlı sosial yardım sahəsindən edilən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə yüksəkdir.

K. Qasımov qeyd edib ki, “Transparency İnternational” təşkilatının 2010-cu il üçün Korrupsiya Qavrama İndeksi də təqdim edilib: “Bu il Azərbaycan 178 ölkə arasında 2.4 balla 134-cü sırada yer alıb. Bu il Azərbaycanın göstəricisi ötən illə müqayisədə yaxşılaşıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR