Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası 202 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası 202 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib - <font color=red>FOTO</font>
# 14 mart 2011 16:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsinin nəticələrinin müzakirəsini yekunlaşdırıb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 6 dekabr 2010-cu ildə elan edilmiş maliyyə yardımı müsabiqəsinə ümumilikdə 425 QHT-dən layihə təklifi daxil olub. Onlardan 69-nun texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb, 28 QHT isə Şura ilə 2010-cu ildə imzaladığı müqavilə öhdəliklərini kobud şəkildə pozduğuna görə müsabiqənin növbəti mərhələsinə buraxılmayıb. Beləliklə, 328 layihə təklifi ekspertizaya göndərilib.
Müsabiqə şərtlərinə uyğun olaraq, 2009-cu ildəki fəaliyyəti haqqında Maliyyə Nazirliyinə hesabat təqdim etməyən 20 QHT-nin layihə təkliflərinin maliyyələşdirilməsindən imtina edilib. Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 202 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az saytında yerləşdirilib. Müsabiqə qalibləri 15 aprel 2011-ci ildən gec olmayaraq Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR