Bank Of Baku

Azərbaycanda “London-2012 Olimpiya oyunlarına 500 gün kampaniyası” çərçivəsində yekun tədbir keçirilib - FOTO

Azərbaycanda “London-2012 Olimpiya oyunlarına 500 gün kampaniyası” çərçivəsində yekun tədbir keçirilib - <font color=red>FOTO</font>
# 14 mart 2011 17:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bakı Biznes Mərkəzində Britaniyanın Azərbaycandakı səfirliyi “London-2012 Olimpiya oyunlarına 500 gün kampaniyası” çərçivəsində yekun tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerolayn Braun bildirib ki, Britaniya insanları Olimpiya oyunları keçirməyə və qonaqları qəbul etməyə tam hazırdır. Səfir xatırladıb ki, 1948-ci ildə Londonda keçirilmiş Olimpiya oyunlarından sonra parolimpiya oyunlarına start verilib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə deyib ki, olimpiya oyunlarına hazırlıq məqsədilə 5 pilot ölkədə, o cümlədən Azərbaycanda beynəlxalq həvəsləndirici proqram həyata keçirilib. Azərbaycanın Olimpiya oyunlarında qazandığı uğurlardan danışan nazir bu ənənənin qorunacağını və London Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha çox medal qazanacağını gözlədiyini deyib.
Tədbirdə müxtəlif müsabiqədə iştirak edənlər, həmçinin, fevralın 23-dən martın 10-dək keçirilən “on-line” müsabiqədə iştirak edərək Londona 2 bilet və 2012 Olimpiya oyunlarını canlı izləmək şansı əldə edən şəxs mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR