Bank Of Baku

Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ADU-da olub - FOTO

Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ADU-da olub - <font color=red>FOTO</font>
# 15 mart 2011 07:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia “Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti” mövzusunda təqdimatla çıxış edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri R. Kobianı iştirakçılara təqdim edib. İştirakçıları salamlayan R. Kobia Avropa Birliyinin yaranma tarixindən, Avropa Birliyi-Azərbaycan münasibətlərindən, eləcə də Şərq əməkdaşlığından danışıb. O, həmçinin bu birliyə daxil olan ölkələrin sayının getdikcə artmasından söz açıb. Nümayəndəliyin rəhbəri Avropa Birliyi ilə keçmiş SSRİ arasında bir sıra fərqlərin olduğunu vurğulayıb. R. Kobia Avropa Birliyi-Azərbaycan əlaqələrinin tarixinin 1990-cı illərdən başlandığını deyib, əlaqələrin daha da genişlənməsindən danışıb.
Bundan əlavə, Şərq əməkdaşlığına toxunan R. Kobia bu əməkdaşlığın demokratiya, insan hüquqları, yaxşı idarəetmə, bazar iqtisadiyyatı üzərində qurulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR