Bank Of Baku

Mübariz İbrahimova həsr olunan “Hünər simfoniyası” poemasının təqdimatı keçirilib

Mübariz İbrahimova həsr olunan “Hünər simfoniyası” poemasının təqdimatı keçirilib
# 15 mart 2011 09:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün şair Balayar Sadiqin Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Hünər simfoniyası” poemasının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, “Qarabağ İctimai Forumu”nun təşkil etdiyi tədbiri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu açıb.

Sonra kitabın redaktoru Qulu Ağsəs əsərin yaranmasından danışıb və bildirib ki, bu kitab Azərbaycan ordusunun hərbi hissələrində yayılmalı və təbliğ olunmalıdır. Yazıçı Əjdər Ol əsərin araya-ərsəyə gəlməsini Mübariz İbrahimovla yanaşı, milli ideyalara hörmət əlaməti kimi qiymətləndirib.

Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Aqil Abbas, Qənirə Paşayeva, Zahid Oruc, Məlahət İbrahimqızı və Flora Qasımova kitabın tirajını məyusedici hal kimi qiymətləndirsələr də, qəhrəmanlığın bu şəkildə təbliğ olunmasını müsbət dəyərləndiriblər.

Sonda müəllif Balayar Sadiq müəllifi olduğu kitab və Mübariz İbrahimov haqqında düşüncələrini bölüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR