Bank Of Baku

Azərbaycanda bayram şirniyyatlarının standartlara uyğunluğu yoxlanılır

Azərbaycanda bayram şirniyyatlarının standartlara uyğunluğu yoxlanılır
# 15 mart 2011 11:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Novruz bayramı ilə əlaqədar Bakıda və ölkənin regionlarında şirniyyat məmulatlarının, xüsusilə də bayram süfrəsində geniş istifadə olunan Şərq şirniyyatlarının standartlara uyğunluğunu yoxlamağa başlayıb.

Bu barədə «APA-Economics»ə komitənin 1 saylı ərazi idarəsinin şöbə müdiri Mənsum Babayev bildirib.

Onun sözlərinə görə, martın əvvəlindən başlayan işlərə uyğun olaraq Şərq şirniyyatlarının müxtəlif növləri - paxlava, şəkərbura, şor qoğal, badambura, Qarabağ kətəsi, eləcə də müxtəlif pirojna növləri satış məntəqələrində pulla alınır, laboratoriyaya verilir. Burdakı analizlərin nəticələrinə uyğun olaraq onların standartların tələblərinə uyğun olub-olmadığı müəyyənləşdirilir. Artıq yoxlamaların ilkin nəticələri var.

Şöbə müdirinin sözlərinə görə, məhsulların tərkibi mikro-bioloji göstəricilərinə əsasən təhlükəsizdir: “Amma fiziki kimyəvi göstəricilərində müəyyən problemlər var. Məsələn tərkibində yağın şəkərin miqdarının göstərilməməsi, normalara uyğun olmaması ilə bağlı pozuntular mövcuddur”.

Ümumiyyətlə, standartların ən çox pozulması halları gündəlik tələbat mallarında qeydə alınır. Bura ət-kolbasa məhsulları, süd və süd məhsulları, çörək məmulatları, şirniyyat və qənnadı məmulatlarında pozuntular xüsusilə çox yayılıb. Şirniyyatlar arasında ən çox pozuntular Şərq şirniyyatları, pirojnalar və tortlarda baş verir: “Bunların hazırlanma texnologiyalarına və resepturalarına əməl olunmur, bu məhsulların kütləvi istehsalı zamanı da evdə bişirilmə üsullarından istifadə edilir ki, bu da yolverilməzdir”.

Mütəxəssisin sözlərinə görə, bunların vahid reseptləri müəyyən edilməli, eləcə də tərkibində olan yağların və şəkərin miqdarı konkret göstərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR