Bank Of Baku

Ağdamda yerləşən hərbi hissədə bayram tədbiri keçirilib - FOTO

Ağdamda yerləşən hərbi hissədə bayram tədbiri keçirilib  - <font color=red>FOTO</font>
# 15 mart 2011 11:39 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu – APA. Ağdam rayon ictimaiyyəti və yerli incəsənət xadimləri rayon ərazisində yerləşən «N» saylı hərbi hissənin əsgərlərinə bayram sovqatı aparıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Mərkəzi Rayon Xəstəxanasının kollektivi adından çıxış edənlər bildiriblər ki, hər bir azərbaycanlı daim səngərdə xidmət aparan hərbiçilər haqqında düşünür, özlərini onlarla çiyin-çiyinə təsəvvür edir.
Daha sonra əsgərlər üçün konsert proqramı keçirilib. Təmas xəttində xidmət edən əsgər və zabitlər ictimaiyyətin orduya göstərdiyi diqqətdən razı qaldıqlarını bildiriblər. Əsgərlər də öz növbələrində onların Novruz Bayramı münasibəti ilə təbriklərini Azərbaycan xalqına çatdırmağı qonaqlardan xahiş ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR