Bank Of Baku

Azərbaycan Gənclər və İdman Nazirliyinin şöbə müdiri AŞ Gənclərlə iş üzrə Hökumətlərarası Daimi Komitəsinin büro üzvü seçilib - FOTO

Azərbaycan Gənclər və İdman Nazirliyinin şöbə müdiri AŞ Gənclərlə iş üzrə Hökumətlərarası Daimi Komitəsinin büro üzvü seçilib - <font color=red>FOTO</font>
# 15 mart 2011 12:03 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, nazirliyin Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev növbəti iki il üçün bu komitənin büro üzvü seçilib.

F. Hacıyev bundan öncə AŞ-nin Gənclərlə iş üzrə proqram komitəsinin sədri kimi fəaliyyət göstərib.

S. Məmmədova GİN-in AŞ-nin müvafiq strukturları ilə münasibətlərinin artan templə inkişaf etdiyini də bildirib. Azərbaycanın gənclər təşkilatları müntəzəm olaraq AŞ-nin bir sıra proqramlarında, gənclərlə bağlı tədbirlərində fəal iştirak edir, Avropa Gənclər Fondu ilə əməkdaşlığı daha da möhkəmləndirir.

Avropa Gənclər Fondunun rəsmi məlumatına görə, son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsi fond tərəfindən maliyyələşdirilib. Bu da Avropa məkanında ən yüksək göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR