Bank Of Baku

İbrahim Tatlısəsin həkimi: “Hazırda durum sevindiricidir” - YENİLƏNİB - FOTOSESSİYA

İbrahim Tatlısəsin həkimi: “Hazırda durum sevindiricidir” - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 15 mart 2011 13:12 (UTC +04:00)
APA-nın Türkiyə müxbirinin məlumatına görə, İbrahim Tatlısəsin həkimi “Acıbadem” Universitetinin rektoru Nəcməddin Pamirin də bu gün səhər onu müayinə etdiyini deyib. Həkim İbrahim Tatlısəsin beyninin tomoqrafiyasının nəticələri və rektorun açıqlamalarına əsasən, müsbət proseslərin müşahidə edildiyini deyib: “Bu, ağır və uzun müalicə prosesidir. Amma rektorumuzun rəyinə və bizim müşahidələrə əsasən, deyə bilərik ki, hazırkı durum sevindiricidir”.

Ahmet Tatlı isə atasının vurulması barədə xəbəri eşidən kimi onun olduğu yerə getdiyini və İbrahim Tatlısəsin onun iştirakı ilə xəstəxanaya gətirildiyini açıqlayıb: “Burada bütün həkimlər əllərindən gələni ediblər”.

Sənətçinin vurulandan sonra oğluna nəsə deyib-deməməsi barədə verilən suallara isə A. Tatlı belə cavab verib: “Mənə heç nə deməyib. Özü sağalacaq və danışacaq. İndi isə həkimlərdən başqa heç kimə inanmayın”.

APA-nın Türkiyə müxbiri onu da xəbər verir ki, İ. Tatlısəsin doğulduğu Şanlıurfa bölgəsinin bir qrupu sakini bu gün “Acıbadem” xəstəxanasının giriş qapısının önündə etiraz aksiyası keçirib. Onlar İ. Tatlisəsə sui-qəsd edənlərin dərhal tapılmasını bas nazir Ərdoğandan tələb ediblər.

Bildiriblər ki, dövlət bunu etməsə, özləri cinayətkarları tapıb cəzalandıracaqlar.

Aksiyaçılar polisin müdaxiləsindən sonra dağılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR