Bank Of Baku

TQDK Fəzail Ağamalının ittihamlarına münasibət bildirib

TQDK Fəzail Ağamalının ittihamlarına münasibət bildirib
# 15 mart 2011 14:06 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə F. Ağamalının bu gün TQDK-nın ali məktəblərə rüşvətlə tələbə qəbul etməsi, qeyri-leqal repetitorların TQDK-nın ayrı-ayrı fənlər üzrə suallar hazırlayan şəxslərlə şəbəkə yaratması barədə parlamentdə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

O əlavə edib ki, TQDK-nın ali və orta ixtisas məktəblərinə keçirdiyi qəbul imtahanları şəffafdır və bu imtahanlarda biliyin əsas meyar olduğunu hər kəs bilir: “Bu cür əsassız fikirlərlə TQDK-nın fəaliyyətinə ləkə yaxmaq mümkün deyil. Biz israr edirik ki, həmin deputatın əlində faktlar varsa, MTN-ə və digər müvafiq orqanlara müraciət etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR