Bank Of Baku

Şabranda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib

Şabranda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib
# 15 mart 2011 14:30 (UTC +04:00)
Şabran. Zaur Quliyev - APA. Bu gün Şabranda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.

APA-nın şimal bürosunun xəbərinə görə, 4 mərtəbəli, 16 mənzildən ibarət yaşayış binanın açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, rayon rəhbərliyi və Qarabağ əlilləri, eləcə də şəhid ailələrinin üzvləri iştirak edib.

Mərasimdə çıxış edən nazir Fizuli Ələkbərov yaxın müddətdə Şabrandan əlavə, respublikanın daha 7 rayonunda bu kimi yeni yaşayış binalarının istifadəyə veriləcəyini bildirib. Daha sonra yeni mənzillərin sahiblərinə orderlər paylanılıb.

Şabran şəhərində və rayonun Uzunboyad kəndində də fərdi yaşayış evləri sahiblərinin ixtiyarına verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR