Bank Of Baku

“Tarixdə və günümüzdə dövlət-din problemi” mövzusunda dəyirmi masa keçirilib

“Tarixdə və günümüzdə dövlət-din problemi” mövzusunda dəyirmi masa keçirilib
# 16 mart 2011 11:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Sülh və Demokratiya İnstitutunun (SDİ) təşkilatçılığı ilə “Tarixdə və günümüzdə dövlət-din problemi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüququ İnstitutunun böyük elmi işçisi Aydın Əlizadə məruzə ilə çıxış edib. Alim dinin tarixi barədə məlumat verib, müasir dövrdə dinin rolundan danışıb. A. Əlizadə Qafqaz Müsəlmanları İdarəsinin SSRİ dövründən qaldığını söyləyib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də SSRİ dövründə Nazirlər Sovetinin bir şöbəsini genişlənmiş formada əvəz etdiyini deyib. A. Əlizadə bildirib ki, elm nə qədər geniş yayılarsa, dinin rolu o qədər azalar: “Savadlı kütlə dinçi ola bilməz”.

Tədbirdə Bəhai dini icmasının nümayəndələri də qatılıb və çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR