Bank Of Baku

“Bakı şəhər əhalisinin içməli su problemi” mövzusunda dəyirmi masa keçirilib

“Bakı şəhər əhalisinin içməli su problemi” mövzusunda dəyirmi masa keçirilib
# 16 mart 2011 12:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu “Bakı şəhər əhalisinin içməli su problemi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, fondun prezidenti Rauf Sultanov bildirib ki, dünya əhalisinin artımı və onların içməli suya olan tələbatı qlobal problemlərdən biridir. O deyib ki, epidemioloji və gigiyenik cəhətdən keyfiyyətli su xəstəliklərin yayılmaması üçün əsas ekoloji amildir.

Fondun icraçı direktoru Rüstəm Əliyev qurumun keçirdiyi sorğunun nəticələrini açıqlayıb. O qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən sonra mövcud vəziyyəti öyrənmək məqsədilə 2011-ci ilin fevral-mart aylarında paytaxtda 550 nəfər arasında sorğu keçirilib. Respondentlərin 42 faizi suyun keyfiyyətindən razı olduğunu, 36 faizi isə narazı olduğunu söyləyib. Sorğuda iştirak edənlərin 27 faizi içməli suyu fasiləsiz, 65 faizi cədvəl üzrə aldıqlarını, 8 faizi isə ümumiyyətlə, içməli suyun onlara verilmədiyini deyib.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş hidrogeoloqu Paşa Kərimov Bakının içməli su probleminin həlli yolları, Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal gigiyena bölməsinin müdiri Leyla Tağızadə isə içməli su üzərində nəzarət haqqında danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR