Bank Of Baku

FHN-in Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirmə tədbirləri keçirib - FOTO

FHN-in Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirmə tədbirləri keçirib - <font color=red>FOTO</font>
# 16 mart 2011 13:06 (UTC +04:00)
Lənkəran-Cəlilabad. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lənkəran və Cəlilabad rayonlarının ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib. APA-nın cənub bürosunun məlumatına görə, akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 saylı orta məktəbində və Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 saylı humanitar və təbiət fənləri təmayüllü məktəb-liseydə, S. Kazımbəyoğlu adına Lənkəran şəhər 6 saylı və Lənkəran şəhər 10 saylı orta məktəblərində FHN-nin Cənub Regional Mərkəzi tərəfindən “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda keçirilən tədbirlərdə mərkəzin Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti Rövşən Rzayev “Tədris müəssisələrində yanğın təhlükəsi zamanı davranış qaydaları”, Operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin baş zabiti İzzət İbadov “İldırımvurma təhlükəsi və ondan qorunma tədbirləri”, Təlim və əməliyyat planlaşdırma şöbəsinin zabiti Renad Nuriyev “Təbii qazdan istifadə edərkən təhlükəsizlik qaydaları”, Xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin həkimi Murad Zərbiyev “Uşaqlarda yanıq zədələri və yanıqlarda ilk tibbi yardım”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayev “Partlayış və terrorla mübarizə üsulları”, Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov “Qəza zamanı təhlükəsizlik tədbirləri” və “Novruz bayramı şənliklərində yanğın və texniki təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi əməl olunmalıdır!” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra şagirdlərin fövqəladə hallar sahəsində intellektual səviyyəsinin artırılması məqsədilə bilik yarışı keçirilib və birinci yeri tutanlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR