Bank Of Baku

Radiasiya Problemləri İnstitutunun direktoru: “Azərbaycanda radiasiyaya məruz qalan ərazi yoxdur”

Radiasiya Problemləri İnstitutunun direktoru: “Azərbaycanda radiasiyaya məruz qalan ərazi yoxdur”
# 16 mart 2011 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Azərbaycanda radiasiyaya məruz qalan ərazi yoxdur. Azərbaycanda yalnız bəzi yerlərdə lokal çirklənmə yerləri var. Bunlar neft-qaz istehsalı və texnogen xarakterli işlərlə bağlıdır. Bu ərazilər də çox kiçikdir. Onların sahələri kvadratmetrlərlə ölçülür”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

A. Qəribov bildirib ki, Qəbələ RLS Azərbaycanda radiasiyaya səbəb olmur: “Bu stansiyanın elektromaqnit dalğaları var və o, heç bir ionlaşdırıcı şüa buraxmır. İnstitut iki il Qəbələ RLS-də apardığı ekspedisiya zamanı da dalğaların yaşayış məntəqələrinə təsiri ilə bağlı fakt aşkarlamayıb”.

İnstitut direktorunun sözlərinə görə, Qəbələ RLS-in elektromaqnit dalğaları insana mənfi təsir göstərir və bu dalğalar insanı tutsa, bu cür təsir ola bilər: “Qəbələ RLS ziyanlıdır, amma dalğalar hansısa yaşayış məntəqəsinə düşsə. Bu dalğalar yaşayış məntəqələrinə düşmür. Bu stansiyanı elə qurublar ki, gedən və qayıdan şüaların heç biri yaşayış məntəqələrini tutmur. Təbii şəraitdən, sudan asılı olaraq müxtəlif insanlar xəstəliklər keçirə, təbii proseslər baş verə bilər. Bunların hamısını Qəbələ RLS-in fəaliyyəti ilə izah etmək düzgün deyil. Bunun üçün bizim əlimizdə əsas yoxdur”.

A. Qəribov qeyd edib ki, Qəbələ RLS-in dalğalarının tərkibi telestudiya, müxtəlif hərbi qurğular və mobil telefonların buraxdığı elektromaqnit dalğaları ilə eynidir. O deyib ki, Qəbələ RLS-in dalğaları heç bir yaşayış məntəqəsini tuta bilməz, əgər tutsa, stansiya işləməz: “RLS-in məqsədi odur ki, dalğalar müəyyən məsafəyə getsin və oradakı mühit haqqında informasiya versin”.

A. Qəribov onu da əlavə edib ki, stansiyanın yan dalğaları bitkilərə təsir edə bilir. Tərkibində dəmir çox olan bitkilərin - qızıləhmədi alması, qarağacın bu dalğalardan ziyan çəkməsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR