Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 11% artıb

Yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 11% artıb
# 16 mart 2011 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4% artaraq 332,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar ayında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 079,3 manat, qeyri-neft sektorunda 318,4 manat, dövlət bölməsində 280,5 manat, özəl bölmədə 439,2 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, informasiya və rabitədə, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Bu ilin yanvar ayında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 1 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, informasiya və rabitə, tikinti, həmçinin, nəqliyyat və anbar təsərrüfatı sahələrində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 177,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 313,3 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR