Bank Of Baku

ADU və Türkiyənin Atatürk Universiteti distant təhsil sahəsində əməkdaşlıq edəcək - FOTO

ADU və Türkiyənin Atatürk Universiteti distant təhsil sahəsində əməkdaşlıq edəcək - <font color=red>FOTO</font>
# 16 mart 2011 14:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Türkiyənin Atatürk Universitetinin rektoru Hikmet Koçak və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Seyidov Atatürk Universiteti ilə əlaqələrin qurulmasına hazır olduğunu söyləyib və rəhbərlik etdiyi ali təhsil ocağında mövcud olan fakültələr haqqında qonağa məlumat verib. Rektor deyib ki, universitetdə yaradılan İnformasiya Resurs Kompleksinin sayəsində dünya universitetləri ilə distant seminarlar, dəyirmi masalar təşkil olunur, dərslər aparılır. Məhz distant təhsil sayəsində ADU Türkiyənin Hacettepe və Fransanın Strasburq (keçmiş Mark-Blok Universiteti) Universiteti ilə üçlük yaradıb. Hazırda ADU Böyük Britaniyanın Esseks Universiteti ilə də əməkdaşlıq edir.
Heydər Əliyevin və prezident İlham Əliyevin Atatürk Universitetinin fəxri doktorları olduğunu deyən H. Koçak isə universitetdə ümumilikdə 18 fakültənin fəaliyyət göstərdiyini, 43000 adi, 23000 distant tələbənin təhsil aldığını deyib. Görüşdə ADU ilə Atatürk Universiteti arasında distant təhsillə bağlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR