Bank Of Baku

Vladimir Doroxin: “Rusiyada Azərbaycan üzrə möhkəm elmi bazanın yaradılması və yüksək səviyyəli mütəxəssislərin hazırlanması çox vacibdir”

Vladimir Doroxin: “Rusiyada Azərbaycan üzrə möhkəm elmi bazanın yaradılması və yüksək səviyyəli mütəxəssislərin hazırlanması çox vacibdir”
# 16 mart 2011 14:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dilini öyrənən 4-cü kurs tələbələri Bakıya gəliblər. APA-nın məlumatına görə, onlar Bakı Slavyan Universitetində təcrübə keçirlər.
Tələbələr Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüblər. Tələbələr bildiriblər ki, Bakıda ilk dəfə deyil təcrübə keçirlər, Azərbaycan mədəniyyəti və ənənələri ilə dərindən tanış olmaq üçün onlara xüsusi şərait yaradılıb, onlar rus dilində danışmayan ailələrdə yerləşdiriliblər.
Səfir tələbələrin Azərbaycan dili və Azərbaycanı öyrənmək qərarını alqışlayıb. O deyib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün Rusiyada Azərbaycan üzrə möhkəm elmi bazanın və yüksək səviyyəli mütəxəssislərin hazırlanması çox vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR