Bank Of Baku

Lənkəranda daha bir Qarabağ əlili evlə təmin olunub

Lənkəranda daha bir Qarabağ əlili evlə təmin olunub
# 16 mart 2011 15:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Novruz bayramı ərəfəsində daha bir Qarabağ müharibəsi əlilini mənzillə sevindirib.

APA-nın Cənub bürosunun məlumatına görə, bu gün nazirliyin maliyyə vəsaiti ilə tikilən və ümumi sahəsi 77 kv. metr olan ikiotaqlı yaşayış evinin açarları Lənkəran rayonunun Türkəkəran kənd sakini, II qrup Qarabağ müharibəsi əlili, 38 yaşlı İlham İbrahimova təqdim olunub.

Bu münasibətlə düzənlənən mərasimində ƏƏSMN-in məsul işçisi Vidadi Əmənov çıxış edərək, ölkəmizdə Vətən uğrunda canlarından keçən soydaşlarımızın sosial müdafiəsi sahəsində həyata keçirilən layihələrdən söz açıb, mənzilin sahibinə təmsil etdiyi qurumun rəhbərliyinin ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, İ.Ibrahimov 1991-1993-cü illərdə Ağdam bölgəsinin düşmənlə sərhəd istiqamətində gedən döyüşlərdə vuruşub. 1993-cü ildə isə həmin döyüşlərin birində ağır yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR