Bank Of Baku

Azərbaycanda hakim və prokurorlara korrupsiya ilə mübarizədə beynəlxalq təcrübə tədris edilir - FOTO

Azərbaycanda hakim və prokurorlara korrupsiya ilə mübarizədə beynəlxalq təcrübə tədris edilir - <font color=red>FOTO</font>
# 16 mart 2011 15:56 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyevin korrupsiyaya qarşı sərt mübarizənin aparılmasına dair tapşırıqlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ardıcıl tədbirlər davam etdirilir. Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında və məhkəmə səhvlərinin aradan qaldırılmasında tədris kurslarının əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən cari ildə 20-dək davamlı təlimlərin keçirilməsi nəzərdə tutulub.

Korrupsiya ilə mübarizə sahəsində hakimlərin və prokurorların birgə tədrisinin xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ayrıca ixtisasartırma kursu təşkil edilib, təcrübə mübadiləsi məqsədilə yüksək ixtisaslı türkiyəli mütəxəssislər dəvət ediliblər.

Bu gün türkiyəli hakimlər - Engin Durnagöl və Seyfullah Çakmah tərəfindən interaktiv metodlarla keçirilən təlimlərə başlanılıb. Məhkəmə-Hüquq Şurasının Korrupsiyaya qarşı mübarizə sektorunun əməkdaşlarının da iştirak etdiyi kurslarda korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə üzrə Türkiyə təcrübəsi, hakimlərin və prokurorların peşə etikası məsələləri barədə mühazirələr dinlənilib, yaranan problemlər və onların həlli yolları üzrə səmərəli fikir mübadiləsi və müzakirələr keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR