Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,566 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,566 mln. nəfərə çatıb
# 17 mart 2011 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il martın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 565,8 min nəfər olub ki, onlardan 4 331,1 min nəfərini və ya 94,9%-ni iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar ayında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 370,7 min nəfər, orta siyahı sayı isə 1 330,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 836 min nəfər, qeyri-dövlət bölməsində isə 494,9 min nəfər təşkil edib.

Bununla yanaşı, iqtisadiyyatin neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda 1 294,5 min nəfər, qeyri-kənd təsərrüfatı sahəsində isə 1 291,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,4%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,8%-i emal sənayesində, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5%-i tikintidə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,8%-i təhsil, 20,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4,1%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i maliyyə və sığorta fəaliyyəti, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,7%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu il martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,5 min nəfər olub ki, onların 43,4%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 4 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 190,7 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR