Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Malyariya Proqramının direktoru Azərbaycana gələcək

Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Malyariya Proqramının direktoru Azərbaycana gələcək
# 17 mart 2011 08:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Martın 28-31-də Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Malyariya Proqramının direktoru Robert Nyuman və Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun malyariya üzrə regional müşaviri Mixail Ejov Azərbaycanda səfərdə olacaqlar. Bu barədə APA-ya BMT-nin Bakı ofisindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycanda malyariya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlərlə tanış olmaq, bu sahədə uğurlu və məhsuldar ikitərəfli əməkdaşlığın gələcək inkişaf yollarını müzakirə etməkdir. Səfər zamanı Səhiyyə Nazirliyi, müvafiq idarə və müəssisələrin və tərəfdaş təşkilatların rəsmiləri ilə görüşlər olacaq, malyariyaya görə endemik ərazilərə baxış keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR