Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent Komitəsində “Qaynar xətt” yaradılıb

Standartlaşdırma, Metrologiya və Patent Komitəsində “Qaynar xətt” yaradılıb
# 17 mart 2011 08:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “Qaynar xətt” yaradılıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, “qaynar xətt”ə stasionar və mobil telefonlardan 963 yığmaqla müraciət etmək mümkündür.

“Qaynar xətt”in yaradılmasında məqsəd Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılan işlərin ictimaiyyət, idarə və təşkilatlarla operativ qaydada əlaqələndirilməsi, məhsulların keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti gücləndirməkdir. “Qaynar xətt”in tətbiqi əhalinin müraciət və sorğularının operativ cavablandırılmasına imkan verəcək.

Komitədən bildiriblər ki, “Qaynar xətt” vasitəsilə standartlaşdırma, metrologiya və istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar hüquq pozuntuları və bu sahədə digər narahatedici hallar barədə məlumatları qəbul edir. Daxil olan məlumatlar (şikayət və müraciətlər) məsul şəxs tərəfindən dərhal araşdırılması üçün Komitənin aidiyyəti struktur bölmələrinə ötürülür və müvafiq qaydada icra olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR