Bank Of Baku

Nazirlər Kabineti “Təhsil haqqında” qanunun tətbiqi ilə əlaqədar yeni qərar imzalayıb

Nazirlər Kabineti “Təhsil haqqında” qanunun tətbiqi ilə əlaqədar yeni qərar imzalayıb
# 17 mart 2011 09:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında qərar verib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, bu dəyişiklik "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanının 1.30-cu bəndinə əsasən aparılıb. Qərara əsasən, "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 1 və 2 nömrəli əlavələrinin mətnində "attestatın" sözü "şəhadətnamənin" sözü ilə əvəz edilsin.

Bundan əlavə, "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın 11.1.3-cü bəndində "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə)," sözlərindən sonra "Ədəbiyyat," sözü əlavə də edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR