Bank Of Baku

Zaqatalada daha bir Qarabağ müharibəsi əlili evlə təmin edilib

Zaqatalada daha bir Qarabağ müharibəsi əlili evlə təmin edilib
# 17 mart 2011 09:48 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda daha bir Qarabağ müharibəsi əlili evlə təmin edilib.

Zaqatala rayon İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) maliyyə dəstəyi ilə Zaqatala rayonunun Suvagil kəndində II qrup Qarabağ müharibəsi əlili Beydulla Məmmədova ümumi sahəsi 77 kv. metr olan iki otaqlı fərdi yaşayış evi tikib.

Bu münasibətlə keçirilən mərasimdə Zaqatala RİH-in başçısı Mübariz Əhmədzadə, ƏƏSMN-nin əməkdaşı Saday Abdullayev, müvafiq təşkilat nümayəndələri, Suvagil kənd sakinləri iştirak edib. Mənzil RİH tərəfindən mətbəx avadanlığı ilə təchiz edilib. ƏƏSMN bundan sonra da rayonda bu cür tədbirləri davam etdirəcək. Beydulla Məmmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu günə kimi Zaqatalada 71 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi ƏƏSMN-nin vəsaiti hesabına tikilmiş mənzillərlə təmin edilib. Bir ədəd 36 mənzilli, bir ədəd 28 mənzilli yaşayış binası və 7 fərdi yaşayış evi tikilərək istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR