Bank Of Baku

Monitorinq: Bakıda keçirilən satış yarmarkalarında münasib qiymətlər müşahidə olunur

Monitorinq: Bakıda keçirilən satış yarmarkalarında münasib qiymətlər müşahidə olunur
# 17 mart 2011 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında İqtisadi İnkişaf Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti dövlət orqanlarının birgə təşkil etdiyi satış yarmarkalarında münasib qiymətlər müşahidə olunur.

«APA-Economics»in apardığı müşahidəyə əsasən, bazarlarda təşkil olunmuş yarmarkalarda bir sıra ərzaq məhsullarının qiymətlərini məqbul saymaq olar. Belə ki, «Yaşıl bazar»da bayram çərəzləri, meyvə-tərəvəz, yumurta, şirniyyat və s. məhsulların qiymətlərində ucuzlaşma qeydə alınıb. Məsələn, yarmarka çərçivəsində qoz və fındığın qiyməti 3 manat, qoz ləpəsinin qiyməti 8-9 manat, fındıq ləpəsinin qiyməti 6 manat, kişmişin qiyməti 2,60 manat, ölkəyə idxal kartofun qiyməti 0,60-0,80 manat, yerli kartofun qiyməti 1-1,20 manat, yumurtanın qiyməti isə 0,11 manat təşkil edir.

Eyni zamanda yarmarkalar təşkil olunmuş yerlərdə gün ərzində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları qiymətlərin artmamasına nəzarət edir.

Qeyd edək ki, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması, eləcə də Novruz Bayramı ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi məqsədilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən paytaxtın 24 yerində satış yarmarkaları təşkil edilib. Həftənin bütün günlərində keçirilən bu yarmarkalarda istehlakçılara geniş çeşiddə kənd təsərrüfatı və ərzaq məhsulları təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR