Bank Of Baku

Zərdab rayonunda Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binaları istifadəyə verilib

Zərdab rayonunda Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binaları istifadəyə verilib
# 17 mart 2011 12:05 (UTC +04:00)
Zərdab. Zahid Abışov - APA. Bu gün Zərdab rayonunun 4 kəndində Qarabağ əlilləri üçün tikilmiş yeni yaşayış binaları istifadəyə verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu məqsədlə təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Qarabağ əlilləri, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul işçisi Vaqif Kərimov iştirak ediblər.

Zərdab rayonunda yaşayan 92 Qarabağ əlilindən 14-ə 2010-cu ildən 2 otaqlı fərdi yaşayış evlərinin tikintisinə başlanıb. Artıq bu evlərdən 2-si sahibinə təhvil verilib. Bu gün isə rayonun Şəftəhal, Bıçaqçı, Qoruqbağı kəndlərində 1, Çallı kəndində isə 2 Qarabağ əlilinə yeni tikilmiş evlərin açarları sahibinə təqdim olunub. Hazırda tikintisi aparılan qalan 7 evində yaxın vaxtlarda tikintisi başa çatdırılıb, sahiblərinə təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR