Bank Of Baku

“Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2011” adlı beynəlxalq tədbir keçirilir

“Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2011” adlı beynəlxalq tədbir keçirilir
# 17 mart 2011 12:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda “Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2011” adlı beynəlxalq tədbir keçirilir. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı ilə martın 15-dən başlayan və martın 22-dək keçiriləcək tədbirin əsas məqsədi dünya gənclərini Azərbaycanın milli adət-ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir.

Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən 30 əcnəbi gəncin iştirakı gözlənilir.

İştirakçılar Azərbaycanın tarixi abidələrinə səfərlər edəcək, Bakda təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR