Bank Of Baku

Almaniyada Azərbaycanlı Gənc Təbiblərin Forumu keçiriləcək

Almaniyada Azərbaycanlı Gənc Təbiblərin Forumu keçiriləcək
# 17 mart 2011 12:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 9-10-da Almaniyada Alman Akademik Mübadilə Xidməti (DAAD), Azərbaycan hökuməti, Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi və Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) təşkilatçılığı ilə “Mükəmməl təbabətə doğru“ Azərbaycanlı Gənc Təbiblərin Forumu keçiriləcək. ASAİF-dən APA-ya verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar xarici ölkələrdə, xüsusilə də Almaniyada tibb təhsili alan tələbələr və həkimlərin sayı artıb. Görüş Almaniya və digər xarici ölkələrdə çalışan həkim, tibb tələbələri və bioloqlara Azərbaycanın səhiyyə sistemində və tibb elmində baş verən yeniliklərlə tanış edəcək və öz gələcək karyeralarını geri dönərək ölkəmizdə davam etdirmə qərarlarına dəstək verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR