Bank Of Baku

Martın 27-də Azərbaycanda yay vaxtına keçiləcək

Martın 27-də Azərbaycanda yay vaxtına keçiləcək
# 17 mart 2011 12:54 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlər Kabinetinin «Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

«Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 26-dan 27-də keçən gecə, saat 04:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR