Bank Of Baku

Ağcabədidə qanvermə aksiyası keçirilib

Ağcabədidə qanvermə aksiyası keçirilib
# 17 mart 2011 14:18 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. Ağcabədi rayonunda qanvermə aksiyası keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Səhiyyə Nazirliyi və Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə 150-dən çox rayon sakini könüllü iştirak edib. Talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə Mərkəzi Rayon Xəstəxanasında donorlardan götürülən qan Elmi-Tədqiqat Hemotologiya və Transsfüziologiya İnstitutunun əməkdaşları tərəfindən müayinə edildikdən sonra ehtiyacı olan xəstələr üçün istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR