Bank Of Baku

Səhiyyə Nazirliyi vahid resept blanklarının alınması üçün tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan bütün müəssisələrə müraciət edib

Səhiyyə Nazirliyi vahid resept blanklarının alınması üçün tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan bütün müəssisələrə müraciət edib
# 17 mart 2011 14:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə Nazirliyi bütün tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrinə vahid resept blanklarının alınması üçün müraciət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu müraciət tabeliyindən asılı olmayaraq bütün tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrə aiddir. Müəssisələr nazirliyin 2009-cu il 21 dekabr tarixli 172 nömrəli əmrinə və 12.11.2010-cu il tarixli 184-S nömrəli sərəncamına əsasən, çap edilmiş vahid resept blanklarının alınması üçün bu nazirliyə müraciət etməlidirlər. Resept blanklarının tibb müəssisələrinə paylanılması Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR