Bank Of Baku

Rezidenturaya qəbul qaydaları, qəbul proqramları və model testlər nəşr olunub

Rezidenturaya qəbul qaydaları, qəbul proqramları və model testlər nəşr olunub
# 18 mart 2011 08:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul qaydaları, qəbul proqramları və model testləri nəşr edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Rezidentura” jurnalında qəbul qaydaları, proqramları, test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap olunub.

Bu materiallar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında hazırlanıb. Buraxılışda bütün ixtisaslar üzrə rezidenturaya qəbul proqramları təqdim edilib. Proqramlar baza ali tibb təhsili səviyyəsinin istiqamətləri üzrə qruplaşdırılaraq dərc olunub.

Tələbələrin rezidentura səviyyəsi üzrə ixtisasları seçməsi və imtahana hansı fənlərin proqramları əsasında hazırlaşmasına kömək etmək üçün “Rezidentura” jurnalında "Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli" də təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR